Everything.kz

Əziz Azərbaycan Onlayn oxucuları!

Əziz Azərbaycan Onlayn oxucuları!
Əziz Azərbaycan Onlayn oxucuları! Sizdən bir daha xahiş edirəm. Millətin əsəbinin, hirsinin səbəbini gözəl anlasam da, həddindən artıq aqqresiv yazıları Azərbaycanın apardığı siyasətə ziddir. Azərbaycan höküməti torpaqları azad edib ümumi rifah və sülh gətirmək uğrunda vuruşur. Hər bir xalqla birlikdə yaşamağa hazır olduğumuzu vurğulayır. Amma hətta Azərbaycanı tərifləyən erməni mənşəli yaşlı soydaşımıza həsr olunmuş videonun şərhlərində abunəçilər qətiyyən kobud şəkildə o qadını millətinə görə təhqir edir və onun həmyerlilərinin qovulmasından başqa problemin heç bir həlli yoxdur deyirlər. Fikrimcə, belə yazılar çox zərərlidir. Rusca yazıldığı üçün onları həm ruslar, həm də qərb qonşularımız oxuya bilər. O tərəfin aqqresiv yazıları bizi dəhşətə gətirir, lakin özümüz də kimisə qırmağa-vurmağa-öldürməyə hazırlığımızı açıq şəkildə iddia edirik. Savadsızlıqdır, dünya Azərbaycanı aqqresor kimi tanımamalıdır.
Эта статья была автоматически добавлена из сообщества АЗЕРБАЙДЖАН ОНЛАЙН